Ekspert SOCAR-ın anoloqsuz "standartlar"ını rəqəmlərin "dil"i ilə ifşa etdi...






Gürcüstanın yanacaq bazarı Azərbaycandan asılı deyil... biz orada 2018-ci ilin nəticələrinə görə, Rusiya, Rumıniya və Türkmənistandan sonra dördüncü yerdə olmuşuq...

Gürcüstan Azərbaycanla müqayisədə xeyli kasıb ölkədir, ancaq 5 ildir ki, orada EuroDiesel satılır. Regionun XƏZİNƏ ölkəsi sayılan Azərbaycanda isə yanacaq standartı hələ də Euro-2-dir... Bilməyənlər üçün - 01.01.2014 tarixdən Avropa Komissiyası AB ölkələrində Euro-6 standartına keçidlə bağlı qərar verib. .. İndi isə Gürcüstan hökuməti qərar qəbul edib ki, 2020-ci ildən Euro-5 standartından aşağı keyfiyyətdə olan dizel yanacağının ölkəyə idxalı mümkün olmayacaq. Ağıllı hökumətdir: həm ekologiyalarının qeydinə qalırlar, həm də avtomobillərinin istismarını istehlakçılar üçün rahat edirlər.

Rusiyanın Gürcüstan yanacaq bazarında xüsusi çəkisi ötən il 26% olubmuş... Niyə Rusiya birincidir bu bazarda? LUKoil şirkətinin hesabına - onun Krasnodar vilayetində çox mükəmməl neftayırma zavodu var - Euro-5 sandarlarında benzin və dizel istehsal edir...Logistik imkanlar çox yaxşıdır.... Bilməyənlər üçün - Azərbaycanın yüksək oktanlı bazarında da Rusiya 1-ci yerdədir, sonra nefti olmayan Belarus gəlir...!!!
İlham Şaban, Neft məsələləri üzrə ekspert
Tarix: 7-08-2019, 20:15
Xəbəri paylaş





Xəbər lenti