Rusiyadan avtomobil idxalı artıb - Ekspert bunun səbəbini açıqladı


Rusiyadan avtomobil idxalı artıb - Ekspert bunun səbəbini açıqladı

Azərbaycan 2019-cu ilin I yarısında Rusiya istehsalı olan 2100 ədəd minik avtomobili idxal edib.

Belə ki, Rusiya istehsalı olan avtomobillərin idxal həcminə görə TOP-10-luğa daxil olan Azərbaycan 4-cü yeri tutur.

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan 16 min 965 min ədəd minik maşını idxal edib. Beləliklə, idxalda Rusiya avtomobil sənayesinin payı cəmi 12,4% təşkil edir.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bunun səbəbini digər ölkələrlə nisbətdə Rusiya istehsalı maşınlarının qiymət ucuzluğu ilə əlaqələndirib:

“Burada bir çox faktorların mövcud vəziyyətə təsiri var. Nəzərə almaq lazımdır ki, Rusiyada istehsal olunan avtomobillər ilk növbədə aşağı keyfiyyət kateqoriyasına daxil olan avtomobillərdir və bu faktor qiymətə də öz təsirini göstərir. Bu faktor bu günə qədər Azərbaycanda Rusiya istehsalı avtomobillərinin daha çox istehlak olunmasına səbəb olub. Burada ehtiyat hissələrinin qiyməti və avtomobilin istismarı dövründə xidmət qiymətinin daha aşağı olması bu növ avtomobillərin aşağı və orta təbəqəyə məxsus insanlar tərəfindən istehlakını stimullaşdıran amillərdəndir. 

Digər faktorlar da var. Azərbaycan və Rusiya bazarları arasında ənənəvi əlaqələr mövcuddur. Burada sahibkarlıq subyektlərinin özünün də bazarda formalaşdırdığı bir konyuktur məsələsi vardır. Rusiyadan “Mazda” məhsullarının idxal edilməsi nisbətən daha rahat mümkün olur. Çünki azərbaycanlı sahibkarların Rusiyada əlaqələrinin olması ehtimalı daha yüksəkdir və bununla da bazarlarda daha rahat şəkildə münasibətlər formalaşdıra bilirlər. 

Bu da ölkəyə daxil olan məhsulların həcminə ciddi təsir edir. Digər tərəfdən Rusiya MDB məkanında Azərbaycanın tərəfdaşı olan və avtomabil istehsal edən azsaylı dövlətlərdən biridir və MDB daxilində rüsumun tətbiq edilməməsi özlüyündə bu prosesi sürətləndirir, qiymətlərin aşağı olmasını şərtləndirir”.


Tarix: 22-08-2019, 21:54
Xəbəri paylaş





Xəbər lenti