Azərbaycan manatı dünyanın ən güclü valyutalarından biridir. Ən zəif pul vahidi isə qonşu ölkədədir.
Bizimyol.info xəbər verir ki, İran rialı dünyanın ən zəif valyutası sayılır. 1 ABŞ dollarının rəsmi məzənnəsi 42105 rialdır. Hərçənd, “qara bazar”da başqa rəqəmlər var-gəl edir. Gerçəkdə İranda 1 ABŞ dollarına 100 min rialdan çox (bəzi mənbələr 112 min deyir) verirlər.
Dünyanın ən zəif valyutalarının sıralamasında daha çox Asiya ölkələrinin pul vahidi gözə dəyir. İlk 10-luğu nəzərinizə çatdırırıq:
1 ABŞ dolları = 42105 İran rialı
1 ABŞ dolları = 23811 Venesuela bolivarı
1 ABŞ dolları = 23198 Vyetnam donqu
1 ABŞ dolları = 14129 İndoneziya rupisi
1 ABŞ dolları = 9399 Özbəkistan sumu
1 ABŞ dolları = 9300 Syerra-Leone leonesi
1 ABŞ dolları = 9184 Qvineya frankı
1 ABŞ dolları = 8786 Laos kipi
1 ABŞ dolları = 6286 Paraqvay quaranisi
1 ABŞ dolları = 4089 Kamboca rieli