"Bu barədə çox yazıb, çox demişik, bunun üçün sadəcə inqilab etmək lazımdır..."





Keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov İranın Səudiyyə Ərəbistanının neftayarıma zavodlarına endirdiyi zərbələrdən sonra bu ölkənin neft ixracını müvəqqəti dayandırması fonunda dünya bazarında neftin qiymtindəki sıçrayışı Moderator.az-a şərh edib:

"Neftin qiymətlərinin artması ilk baxışda hasilatçı ölkələr üçün yaxşı hal hesab edilməlidir. Ancaq bu “yaxşı hal” son nəticədə bir arxayınçılıq yaratmaqla neft hasil edən ölkələrin neft iynəsi üzərindən enməsi qarşısında bir əngələ çevrilir. Bu gün neftin qiymətləri kəskin bahalaşır, sabah bunun əksi baş verəsə, bu da təccüblü olmayacaq. Məsələn, bu gecə ABŞ prezidenti Donald Tramp öz tvitter səhifəsində dünyanın bank maliyyə sistemini silkələdəcək bir status yazarsa, sabah mütləq qoymətlər kəskin şəkildə aşağı düşməyə başlayacaq. Heç şübhəsiz, bu da baş verəcək. Çünki Tramp neftin qiymətlərinin bahalaşmasının qatı əleyhdarıdır. Bu qədər siyasiləşmiş neft qiymətlərinə güvənmək olduqca təhlükəlidir. Biz bu barədə çox yazıb, çox demişik. Bütün imkanları bir araya gətirib real sektorun real inkişafına nail olmaq və burada sadəcə inqilab etmək lazımdır. Biz idxalı əvəzləyən və ölkəmizə xaricdən bugünkü idxalımızın ən azından yarısı qədər valyuta gətirə biləcək qeyri-neft sektoru yaratmağa məhkumuq. Qeyri-neft sektorundakı bugünkü 2-3 % artım templəri ilə bu hədəfə çatmağımız üçün bizə on illər vaxt lazım gələr. O ki, qaldı neftin qiymətlərinin kəskin artması hesabına daxil olan əlavə valyuta gəlirlərinə, bu pulları son qəpiyinə qədər bu və ya digər şəkildə qeyri-neft sektorunun inkişafına yönləndirmək lazımdır".
Tarix: 16-09-2019, 22:23
Xəbəri paylaş





Xəbər lenti