Dəmir Yol şefinin keçmiş rəhbəri Ziya Məmmədova açıq tənqidini bir yana qoyaq, bu sitatda yer alan “son əlli ildə Azərbaycan Dəmir Yolları bir dənə də olsun yeni vaqon almayıb” fikri müəyyən suallar yaradır. İndiki tarixdən 50 il öncə 1969-cu ilə təsadüf edir ki, bu da mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlişi ilə eyni vaxta düşür. Dolayısı ilə Cavid Qurbanov Azərbaycan Dəmir Yollarında həmin ildən tənəzzül yaşandığını ifadə edir mi? Halbuki, fktlar başqa şey deyir. Özünə məlum təmtəraqlı adgünü keçirən, Baş dəmiryolçuya bu faktlardan kiçik bir hissəni cumhuriyyet.az olaraq xatırlatmağı lazım bildik: “Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Dövlət Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edir. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi. 1969-2003-cü illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir”.
Yeri gəlmişkən, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinə keçmişdən xatırlanacaq çıx şey var. Aşağıda təqdim etdiyimiz sənəd həmin keçmiçin bir sübutudur. Aşağıda cumhuriyyet.az olaraq təqdim etdiyimiz sənəd də həmin keçmiçin bir sübutudur. Hansı ki Cavid Qurbanova köhnə illərini – xəyanət illərini xatırladır.
DOSYE.ORG