Güc strukturlarına 21 manat, elmə 70 qəpik – Büdcənin təhlili

    “2020-ci ilin büdcəsinin hər 100 manatından 21 manat 60 qəpiyi güc strukturlarına, 18 manat 20 qəpiyi tikintiyə, 1 manatı ətraf mühitin mühafizəsinə, 70 qəpiyi isə elmə xərclənəcək”.    
“Yeni Sabah” xəbər verir ki, bu sözləri iqtisadçı - ekspert Qubad İbadoğlu dövlət büdcəsini şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, 2020-ci il üçün proqnozlaşdırılan Azərbaycan dövlət büdcəsinin hər 100 manatından 56 manat 10 qəpiyi neft, 43 manat 90 qəpiyi isə qeyri-neft gəlirlərindən formalaşacaq: “Büdcə gəlirlərinin hər 100 manatından 47 manatını ARDNF, 32 manat 60 qəpiyini Vergilər Nazirliyi, 16 manat 60 qəpiyini Dövlət Gömrük Komitəsi yığacaq, büdcəyə çatacaq hər 100 manatdan 3 manat 50 qəpiyi də cərimə və sanksiyalar hesabına toplanacaq.
Büdcə xərclərinə gəlincə, hər 100 manatdan 64 manat 20 qəpik birbaşa cari xərclərə, yəni istehlaka, 29 manatı əsaslı xərclərə, yəni inkişafa, 6 manat 80 qəpiyi isə dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək”.
Q.İbadoğlu qeyd edib ki,  2020-ci il üçün proqnozlaşdırılan büdcənin hər 100 manatından 21 manat 60 qəpik müdafiə, milli təhlükəsizlik, hüquq mühafizə, məhkəmə və prokurorluq orqanlarının saxlanılmasınə xərclənəcək: “18 manatı 20 qəpiyi tikinti, 12 manat 10 qəpiyi sosial müdafiə, 11 manat 70 qəpiyi təhsil, 7 manat 40 qəpiyi idarəetmə, 6 manat 80 qəpiyi dövlət borcuna xidmət, 5 manat 10 qəpiyi səhiyyə, 4 manat 40 qəpiyi kənd tərərrüfatı, mənzil və kommunal təsərrüfatı, 1 manat 60 qəpiyi mədəniyyət, incəsənət, bədən tərbiyəsi və informasiya, 1 manatı ətraf mühitin mühafizəsinə, 70 qəpiyi elmə xərclənəcək”.
Siam.az
Tarix: 23-10-2019, 11:03
Xəbəri paylaş





Xəbər lenti