“Azərişıq” da ləğv oluna bilər – Struktur islahatları davam edəcək
Baş nazir Novruz Məmmədovun istefaya göndərilməsi ilə sürət götürən kadr və struktur islahatları davam edəcək.“Yeni Sabah” xəbər verir ki, daha bir neçə məmurun istefası və bir-birini təkrarlayan qurumların birləşdirilməsi gözlənilir.
Bu sırada ilk olaraq “Azərişıq” ASC-nin adı çəkilir. Məlumat üçün deyək ki, ölkə başçısı İlham Əliyevin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb və qurum “Azərenerji”nin tərkibindən çıxarılıb.
O zaman bu, “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin artıq etimadını itirdiyi ilə izah edilirdi. “Azərişıq”ın müstəqil quruma çevrilməsi də onun səalhiyyətlərinin məhdudlaşdırılması ilə izah edilirdi.
2018-ci ildə Etibar Pirverdiyev tutduğu vəzifədən azad edilib. Onun yerinə “Azərişıq” ASC-nin sədri Baba Rzayev təyin edilib. ASC isə hələ də rəhbərsizdir. İddalara görə, bu səbəbsiz deyil. Qarşıdakı günlərdə “Azərişıq” ASC-nin müstəqil qurum kimi ləğv olunaraq “Azərenerji”yə birləşdirilməsi gözlənilir.
Siam.az
Tarix: 24-10-2019, 15:34