Hökumət qalstukluları əhali ilə OYNAYIR-İqtisadçı EKSPERT


Hökumət qalstukluları əhali ilə OYNAYIR-İqtisadçı EKSPERT
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə NK-ti yeni qərar verib. 

Miq.Az bildirir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli feysbuk profilində paylaşıb. Bu dəyişikliyi birmənalı qarşılamayan ekspert: ”Rüsumların ödəyicisi kimdir? Sahibkarlar, biznes çevrələri. Onlar bu dəyişikliklərdən öncədən xəbərləri olubmu? Təbii ki, yox, qalstuklular məsləhətlə iş görmürlər axı. Bəs ilin ortasında dəyişikliklər elan etməklə biznesin planlarına ziyan vurduqlarını düşünürlərmi? Normal ölkələrdə vergi-gömrük dəyişikliyi, azı bir il öncədən elan olunur ki, biznes yeni qaydaları öyrənsin, onlara uyğun planlarını qursunlar. Bizdə isə dünən verdikləri qərarı bu gün dəyişdirirlər" - deyə qeyd edib.  

İmamət İsmayılova
Tarix: 28-10-2019, 23:17
Xəbəri paylaş





Xəbər lenti