Metropoliten bahalaşma ilə bağlı Tarif Şurasına müraciət edib? - AÇQILAMA


Metropoliten bahalaşma ilə bağlı Tarif Şurasına müraciət edib? - AÇQILAMA

İqtisadçı-ekspert Qubad İbadoğlu növbəti ildən gediş haqqının bahalaşma ehtimalının olduğunu qeyd edib. 

Ekspertin sözlərinə görə, Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsində dövlət şirkətləri və müəssisələrinə nəzərdə tutulan subsidiyalar barədə məlumatı açıqlayıb. 9 şirkətin yer aldığı siyahıya 40 milyon manatla "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti başçılıq edir:

"Qeyd edim ki, cari il üçün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti üzrə 45 milyon manat nəzərdə tutulub. Gələn il üçün subsidiyanın 5 milyon manat azadılması böyük ehtimalla metroda gediş haqlarının artırılmasına hesablanmış addımdır". 

Maraqlıdır, “Bakı Metropoliteni” QSC qiymətlə bağlı Tarif (qiymət) Şurasına müraciət edibmi? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qiymət artımı iləı bağlı məlumatlarının olmadığını deyib:

“Əlimizdə gediş haqqının bahalaşması ilə bağlı məlumat yoxdur. Ümumiyyətlə, bizdə qayda belədir ki, müvafiq dövlət qurumları- Maliyyə Nazirliyi, Nazirlər Kabineti və digər aidiyyəti qurumlar qarşısında həmişə hesabat veririk. Hesabatlarda sərnişindaşımanın qiyməti də olur. Yəni bir sərnişin neçəyə başa gəlir. Hesabat vermək mütəmadidir və normaldır. Biz bununla yanaşı hesabatda görülən və görüləcək işləri, bütün maliyyə vəsaitlərini də qeyd edirik. Tarif Şurasına qiymətlə bağlı müraciət bildiyim qədərilə edilməyib, bu haqda məlumat almamışam”. 

Siam.az

Tarix: 4-11-2019, 16:00
Xəbəri paylaş





Xəbər lenti