Dünyanın heç yerində belə soyğunçuluq yoxdur



Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
BP çıxardığı səmt qazını Azərbaycana pulsuz verir. Qaz təsərrüfatının infrastruktur, paylaşdırılma və idarəetmə xərclərini artıqlaması ilə nəzərə alsaq belə təbii qaz Azərbaycan xalqına maya dəyərindən 10 dəfə baha qiymətə satılır!
Dünyanın heç bir ölkəsində bu miqyasda soyğunçuluq yoxdur! Dünyanın heç bir xalqı hökumətin özü ilə belə davranmasına icazə vermir!
Nefti və qazı olmayan Gürcüstan və Ermənistan pandemiya dönəmində öz vətəndaşlarına işıq və qaz təchizatı ilə bağlı böyük güzəştlər etdi, amma Azərbaycanda onsuz da yoxsulluq, səfalət içində çabalayan xalq öz qazını Türkiyəyə və Gürcüstana satılan qiymətdən baha alır.
İşıq, qaz, su təsərrüfatlarının başında duran şəxslərin oliqarx olduğunu, cibimizdən yüz milyonlar oğurlandığını hamımız bilsək də müdrikliklə susuruq.
Hökumətin iştahası isə bitib-tükənən deyil. Bu gün yenidən təbii qazın qiymətini faktiki olaraq iki dəfə qaldırdılar.
Niyə?! Çünki biz hakimiyyətə bizimlə bu cür aşağılayıcı formada davranmaq haqqını vermişik. Bizi heçə saymaq hüququnu tanımışıq. Bir dəfə soruşmamışıq ki, niyə Azərbaycan xalqının sərvəti olan təbii qaz Azərbaycan vətəndaşına maya dəyərindən 10 dəfə baha qiymətə satılmalıdır?! Niyə gürcülər Azərbaycan qazına azərbaycanlılardan bir neçə dəfə az pul ödəməlidir?!
Xalq susduqca, yaşam şərtləri daha da ağırlaşacaq. Bugünkü qərarların ardınca ümumi qiymət artımı qaçılmazdır. Bütün qiymətlər qalxacaq, təbii ki, xalq özündə cəsarət tapıb qalxanadək.
Tarix: 1-07-2021, 08:43
Xəbəri paylaş





Xəbər lenti