Bu hava limanını Türkiyəyə versək... – Ekspert


Lənkəran Hava Limanının tikintisinə 51,5 mln. dollar (indiki məzənnə ilə 87 mln. manata yaxın) pul xərclənib. Hava Limanı, demək olar ki, çalışmır, hər il Hava Limanının kommunal xərclərinə və işçilərin maaşına 5 mln. manata yaxın pul xərclənir (obyekt pul qazanmır), 2008-dən bəri Hava Limanının xərcləri, az qala, elə tikintiyə xərclənən qədər olub.

Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Lənkəran Hava Limanı ilə deyib.
O bildirib ki, Lənkəran Hava Limanının AZAL-ın idarəçiliyindən tam çıxarılıb, xarici şirkətlərdən birinə idarəetməyə verilməsi çox yaxşı olardı:

“Lənkəran Hava Limanına Türkiyə şirkətlərinin marağı olduğunu bilirəm. Ən vacibi odur ki, uçuşların təşkili və icazələrin verilməsini də AZAL-dan ayırmalı və AZAL rəhbərliyinin uçuş cədvəlinə və təşkilinə müdaxiləsi etməsinə yol verilməməlidir. Nəticədə Lənkəran Hava Limanına bir neçə şirkət cəlb oluna, ilkin mərhələdə Türkiyəyə, Rusiyaya, Ukraynaya uçuşlar təşkil edilə, qiymətlər Bakı Hava Limanından, ən azı, 2 dəfə ucuz ola bilər. Bundan sonra AZAL Bakıdan uçuşlarda müştərilərinin kəskin azaldığını görüb məcburən qiymətləri endirəcək. Yəni, hökumət siyasi qərarlarla AZAL-a bata bilmirsə, heç olmasa, iqtisadi rəqabətlə AZAL-a çəki-düzən verə bilər”.

Ekspert qeyd edib ki, eyni yanaşmanı Qəbələ, Gəncə, Zaqatala, payızda açılacaq Füzuli Hava limanlarında da təşkil etmək olar:

“Bu yolla regionlarda tikilən, büdcədən ayrılan onmilyonlarla manata başa gələn, uzun illərdir boş, işsiz qalan hava limanlarını iqtisadiyyatımıza qazandırmış olarıq, çünki Azərbaycan hökumətinin “ağ fil” layihələri tək tikinti zamanı büdcəyə yük olmur, sonra da yük olmaqda, xərc aparmaqda davam edir”.
Tarix: 10-07-2021, 10:32
Xəbəri paylaş





Xəbər lenti