Hakimiyyətin sosial partlayışın qarşısını almaq imkanları tükənir


İqtisadçı Qaşqay İsmayıl
ABŞ-da neft hasilatı sutkalıq 11.4 milyon barrelə yaxşınlaşır və Energetika nazirliyi hesab edir ki, ilin sonunda bu rəqəm 700 min barrel (təxminən Azərbaycanın günlük hasilatı qədər) artaraq, 12.2 milyon barrel təşkil edəcək. Platts agentliyinin eskpertlərinin fikrincə, gələn il sutkalıq artıma daha 940 min barrel əlavə olunacaq
OPEK+ terefinden BƏƏ üçün kvota artırildıqdan sonra, nəhəng neft ehtiyatına malik ölkələrindən biri olan İraq da sutkaıq hasilatı artırmağı planlaşdırır. Əgər bura İranla nəzərdə tutulan nüvə razılaşmasını da əlavə etsək, onda bazara iri həcmdə əlavə neftin daxil olacağı şübhəsizdir. Əksər ekspertlərin fikrincə, gələn il neftin hazırki qiymətlərdən daha baha satılacağını gözləmək yersizdir
Azərbaycan isə kifayət qədər baha neft qiymətlərinə baxmayaraq, Neft Fondunun iri valyuta gəlirləri barədə ənənəvi raportları vermir. Əhalinin sosial-iqtisadi vəziyyəti pisləşir, əvvəlki həyat tərzi ilə mövcud gəlirlərin arasındakı ziddiyyəti artıq məişətdə müşahidə etmək mümkündür. İnsanlar üçün toya getmək ağır yükə çevrilir və hansısa məqamda cəmiyyət ya əvvəlki toy kultundan imtina etməli, yaxud da öyrəşdiyi həyat tərzi uğrunda, amma daha həssas şüarlarla (iş, çörək, uşaqpulu və sairə) etirazını bildirməlidir
Pandemiya və iqtisadi böhran Azərbaycan cəmiyyətində təbii transformasiyaya səbəb olmaqdadır, xalq özünün toy etmək imkanını əlindən alan rejimə qarşı indiyə qədər ehtiyac duymadığı siyasi tələblər irəli sürə bilər
Hakimiyyət isə iqtisadiyyatı qapamaq və tam nəzarətə götürmək hesabına vaxt udmağa çalışır, bu isə iqtisadi tənəzzülə, işsizliyin sürətli artımına, əhalinin kütləvi yoxsullaşmasına gətirib çıxarır. Getdikcə artan səfalət və inflyasiya nəticəsində vəziyyətin sosial partlayış həddinə çatmaması üçün hakimiyyətin imkanları tükənməkdədir.
Tarix: 18-07-2021, 21:41
Xəbəri paylaş





Xəbər lenti