Ərzaq məhsullarının bahalaşması stabilliyi hədələyən faktora çevrilir


İqtisadçı Qaşqay İsmayıl
Iqtisadi inkişafla stabillik arasında seçim etməli olan Azərbaycan hökuməti, birmənalı olaraq stabilliyə üstünlük verdiyini gizlətmir
Məsələ burasındadır ki, stabillik indi daha çox sabit şəkildə davam edən tənəzzülə çevrilib. Əhali davamlı şəkildə yoxsullaşır, iş yerləri bağlanır, iqtisadiyyat daralır, biznes subyektləri bazardan çıxır və xarici investisiyalar azalır. Belə bir vəziyyətdə sosial-iqtisadi stabilliyin qorunub saxlanılmasında, əhalinin pul gəlirlərinin qorunması mühüm rol oynayır. Lakin pandemiyadan sonra başlayan qlobal inflyasiya Azərbaycanda da tüğyan etməkdədir. Düzdür, son həftələrdə ABŞ-da inflyasiya templəri zəifləyir, amma gəlirlərinin çox hissəsini ərzağa xərcləyən azərbaycanlılar üçün bu azalmanın əhəmiyyəti yoxdur. Çünki ərzaq qiymətlərində artım templəri davam etməkdədir
Azərbaycanın əsas ərzaq idxalçılarından olan Rusiyada payızda da qida məhsullarında inflyasiyanın dayanmayacağı artıq məlumdur. Son bir həftədə Novorossiyskdən ixrac edilən buğdanın tonu daha 20 dollar artaraq 287 dollara çatıb. Soyanın və günəbaxan yağının qiyməti əvvəlki qaydada artmaqda davam edir. Şəkərin bir tonu 12 dollar bahalaşaraq 585 dollar təşil edib və bu artımlar Rusiyanın həm daxili, həm də xarici bazarında müşahidə edilməkdədir
Bir sözlə, əsas ərzaq məhsullarının dünya bazarlarında artımı davam edir. Stabillik strategiyasına üstünlük verilən Azərbaycanda isə, sadə vətəndaşlar üçün bu ikiqat çətindir, çünki başqa ölkələrdən fərqli olaraq əhalinin pul gəlirlərində artım praktiki olaraq görünmür. Qiymət artımının qarşısını inzibati resurslarla almaq isə sadəcə olaraq mümkün deyil, yalnız əhalinin pul gəlirlərinin artması, iqtisadi böyümə hesabına vəziyyəti normallaşdırmaq mümkünür, bu isə hökumətin imkanları xaricindədir.
Tarix: 18-08-2021, 01:36
Xəbəri paylaş





Xəbər lenti