İqtisadi inkişaf manatın kursuna qurban verilir


İqtisadçı Qaşqay İsmayıl
Postpandemiya dövründə bir sıra ölkələrdə işçi çatışmazlığı və əmək haqqlarında artım halları müşahidə edilir. Bu həm də qlobal miqyasda dolların inflyasiyası ilə əlaqədardır. Iqtisadi artıma nail olan əksər dövlətlərdə işçilərin maaşlarının artmasını göstərə bilərik
Vaxtilə bir sıra iqtisadçılar Çinin iqtisadi uğurlarını aşağı əmək haqqı iə izah edirdilər. Bu izahın qüsurlu və çatışmayan cəhətləri olsa da, ümumiyyətlə investisiyaları cəlb etmək baxımından mühüm amillərdən sayılır. Lakin son aylarda Çində işçilərin orta aylıq əmək haqqı saatda 7 dollar həddini keçib və aylıq 1100 dollar təşkil edir. Bu isə Vyetnam və Meksika kimi ölkələrdən xeyli artıqdır. Belə olduqda təbii olaraq investisiyalar adıçəkilən ölkələrə axmağa başlayır. Lakin aşağı maaş investisiyaların cəlbi üçün yeganə şərt deyil. Qonşu Rusiyada orta aylıq əmək haqqları təqribən 550 dollar təşkil etsə də, xarici investorlar nədənsə bu ölkəyə gəlmək barədə düşünmürlər
Azərbaycanda isə paytaxtda yaşayanların xeyli hissəsinin maaşı 300-400 manat (faktiki olaraq 200 dollar) ətrafında dəyişir. Bu isə Afrika ölkələrinin reallığıdır. Əgər devalvasiyaya qədər kölgə iqtisadiyyatı və manatın yüksək kursuna əsaslanıb əhalinin real gəlirlərinin dəfələrlə artıq olduğunu iddia etmək mümkün idisə də, artıq Azərbaycanı bu baxımdan Afrika və Asiyanın ən geridə qalmış dövlətləriylə müqayisə etmək olar
Əhalinin gəlirlərinin belə aclnacaqlı vəziyyətdə olması, yerli kənd təsərrüfatı, sənaye, ticarət və xidmət sektorunun inkişafını da tamamilə tormozlayan faktor kimi çıxış edir, işsizlik səviyyəsi yüksəlir. Əhalinin rifahı və iqtisadi inkişaf sabitlik və manatın dollar qarşısında 1.70 kursu naminə qurban verilir.

Tarix: 27-08-2021, 19:57
Xəbəri paylaş





Xəbər lenti