Problem Azərbaycanda 10 milyon əhali yaşamamasındadır


İqtisadçı Qaşqay İsmayıl
Covid pasportlartının tələbi kafe və restoranların işini yenidən iflic etmək üzrədir. Həmişə olduğu kimi, icbari və bacarıqsız şəkildə işləyən bürokratik aparat, vaksinasiya prosesini də iqtisadiyyatı boğmaqla aparır.
Bizdən fərqli olaraq, inkişaf etmiş ölkələrdə əhalinin xeyli hissəsi vaksinasiyada könüllü iştirak edir. Əgər yenidən karantin, kütləvi qapanma və iqtisadiiyatın dondurulmasını istəmiriksə, vaksinasiya prosesindən keçmək lazımdır. Amma bu proses könüllü və normal məcrada davam etməlidir
Vaksinasiya istənilən halda effektivdir. Düzdür, əhalinin əksəriyyətini vaksinasiya etmiş İsrailin hər milyon nəfərə görə yoluxma sayında dünya lideri olmasını xatırladan vaksin əleyhdarları, belə bir faktı unudurlar ki, İsrail həm də hər milyon nəfərə düşən ən az ölüm sayına görə də dünya lideridir. Vaksinlər mükəmməl olmasa da, ölüm sayının azlığını və xəstəliyin yüngül keçməsini təmin edən əsas vasitədir
Azərbaycanda davam edən vaksinasiya isə, həmişəki kimi, qeyri-professional və insanların elementar hüquq və azadlıqlarına əməl edilmədən həyata keçirilməsi ilə fərqlənir. Siyasi hakimiyyət mümkün qədər çox adama peyvənd vurulmaslna çalışır. Amma vaxtilə yazdığımız kimi, burada əvvəlcədən nəzərə alınmayan bir məqam gizlənib: Azərbaycanda 10 milyon əhali yaşamır. Ona görə də kütləvi immunitet üçün tələb edilən 60-70 faizə çatmaq naminə, bütün inzibati resursların işə salınacağını, absurd kampaniyaların aparılacağını gözləyə bilərik. Saxta statistika tələsi indi hakimiyyətin özünün əleyhinə işləməyə başlayıb. Ona görə də 7 milyon nəfəri peyvəndləmək naminə, repressiya maşınının işə salınmasına və iqtisadi azadlıqların boğulmasına şahidlik edirik.
Siam.az
Tarix: 7-09-2021, 08:33
Xəbəri paylaş





Xəbər lenti