Sabitliyə son qoyacaq iqtisadi siyasət


İqtisadçı Qaşqay İsmayıl
Qeyd etdiyimiz kimi, dünya bazalarında enerji daşıyıcıları sürətlə bahalaşır. Lakin bu dəfəki bahalaşmanın Azərbaycan üçün əvvəlki kimi sərfəli olmadığı barədə bir sıra məqamlara toxunmuşuq. Bununla əlaqədar olaraq, Bloomberg agentliyinin xammal indeksinin göstəriciləri maraqlıdır. Agentliyin məlumatına görə, əsas 23 xammal indeksi 2011-ci il səviyyəsinə yaxınlaşmaq üzrədir və qiymət rekordları qırılmaq üzrədir
Enerji daşıyıcıları ilə bağlı vəziyyət Çində və Avropada olduqca gərgindir. Qazprom boru ilə qazı 400 dollara satmağa hazırlaşır, sıxılmış qaz 1000 dolları keçib, Avropanın qaz anbarları isə normadan iki dəfə az dolub. Çində bütöv şəhərlərdə elektrik enerjisi kəsilir, metaləritmə, aliminium və sement zavodlarını dayandırırlar. Göründüyü kimi, neft, təbii qaz və daş kömür bahalaşmaqda davam edəcək
Amma xammal növlərinin əksəriyyətini ixrac edən Rusiyadan fərqli olaraq, Azərbaycan kimi ölkələr üçün burada xoşagəlməz bir cəhət var. Çünki təkcə enerjidaşıyıcıları deyil, bütün mühüm xammallar bahalaşmaqdadır. Həm də xammalların 10 faizlərlə, bəzən isə dəfələrlə bahalaşması müşahidə edilir. Yəni, taxta, buğda, metal, gübrə və sair zəruri xammalların bahalaşması yalnız azalmaqda olan neftdən asılı olan iqtisadiyyata iki yol təklif edir: Ya neft gəlirlərini ölkənin ehtiyacı olan xammallara (üstəlik sənaye mallarına və texnologiyaya) sərf etmək, yaxud da indiki kimi, sabitlik naminə iqtisaidyyatı donduraraq əhalini ifrat yoxsulluq həddinə gətirmək.
Azərbaycanda göründüyü kimi, hələlik ikinci varianta üstünlük verirlər, amma bu yolun özünün də gec-tez sabitliyə son qoyacağı şübhəsizdir.
Tarix: 30-09-2021, 20:44
Xəbəri paylaş





Xəbər lenti