“Nəsə etməliyik, amma bir şey etmək olmur” - Avropa İttifaqı qaz böhranından necə çıxacaq...


“Nəsə etməliyik, amma bir şey etmək olmur” - Avropa İttifaqı qaz böhranından necə çıxacaq...
 
Avropa İttifaqının Enerji Nəzarəti Təşkilatı mövcud qaz böhranını aradan qaldırmaq üçün tövsiyələr hazırlamaq məqsədi ilə ekspertiza keçirib. Mütəxəssislərin niyyəti indiki şəraitdə vətəndaşlara maddi yardım göstərməkvergiləri azaltmaqdıramma enerji siyasətini dəyişmək mümkün deyilÇünki bu, günəş və külək enerjisinə keçid prosesinə zərər verəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri yazır.
 
Qəzet yazır ki, Avropada qaz, benzin və elektrik enerjisinin qiymətləri durmadan artır və yerli siyasətçilər bu artımın qarşısını almaq üçün yollar axtarır. Lakin Aİ enerjiyə nəzarət şöbəsinin ekspertizası göstərir ki, fəaliyyət üçün əhatə dairəsi çox məhduddur. Sənəddə deyilir ki, milli hökumətlər öz vətəndaşlarına, xüsusən də aztəminatlı ailələrə maddi yardım göstərə və ya vergiləri azalda bilər, lakin  bərpa olunan enerji mənbələrinə keçidə zərər verməmək üçün enerji siyasətini bütövlükdə dəyişmək olmaz.
 
Belə çıxır ki, nəsə etməliyik, amma bir şey etmək olmur, - deyə alman nəşri davam edir. Ekspertizada böhranın yaxın gələcəkdə daha da pisləşəcəyi bildirilir. Ekspertlərin fikrincə, qazın qiyməti artmaqda davam edəcək. Mavi yanacağın qiymətinin azalması yalnız gələn ilə gözlənilir. 2022-ci ilin fevral ayından aprel ayına qədər olan dövrdə qış çox soyuq  keçməsə, qiymət 40% azalacaq.
 
Mütəxəssislər o vaxta qədər Sıxılmış Təbii Qazın (STQ) tədarükündə mövcud fasilələri aradan qaldırmanın mümkün olacağını gözləyirlər. Bundan əlavə, “Şimal axını-2-nin işə salınması böhranın həllinə kömək edəcək. Qazın ucuzlaşması nəticəsində elektrik enerjisinin qiyməti də aşağı düşəcək. Ekspertizanın mahiyyəti budur ki, Avropa siyasətçiləri göstəri xatirinə iş görməməlidirlər. Qaz və neft asılılığından qurtulmaq istəyirlərsə, o zaman səylərini bərpa olunan enerji mənbələrinin inkişafına yönəltməlidirlər. İndi səbr etmək tələb olunur və bir çox ölkədə seçki kampaniyası fonunda adətən, bu, nadir bir keyfiyyətdir.
Tarix: 10-10-2021, 22:48
Xəbəri paylaş





Xəbər lenti