Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev Dövlətimizdən milyonları necə oğurlayır?


Siam.az saytının poçtuna Saatlı rayonu Mollavaizli kənd sakini Əliyev Asim Əvəz oğlu tərəfindən yazılmış şikayət məktubunu təqdim edirik:
BU MƏKTUBU AZƏRBAYCAN RESPUBLİKASINDA FƏALİYYƏT GÖSTƏRƏN
KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNƏ ÜNVANLAYIRAM
Müraciət edən şəxs: Əliyev Asim Əvəz oğlu
Ünvan: Saatlı rayonu Mollavaizli kəndi
Məktubda qeyd etdiyim məsələlərlə bağlı məsuliyyət tam olaraq mənə aiddir. Kütləvi
İnformasiya Vasitələrindən xahiş edirəm ki, bu məsələnin işıqlandırılmasında mənə
yardımçı olsunlar. Nəzərinizə çatdırım ki, qeyd edəcəyim məsələ ilə bağlı bir çox
dövlət orqanlarına rəsmi müraciətlər etmişəm. Saatlı Suvarma Sistemləri İdarəsinin
rəisi Tahir Rzayev Dövlətimizdən milyonları necə oğurlayır? Nəyə görə çoxsaylı
şikayətlərimə baxmayaraq, təqdim etdiyim dəlil və sübutlara əhəmiyyət verməyərək
Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi Tahir Rzayev Barəsində qanuni
ölçü götürmür? Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev
söyləyib ki, ictimai nəzarət daha da gücləndirilməlidir və bunun üçün də media
işçiləri Dövlətimizə öz dəstəklərin göstərməlidir. Qeyd edəcəyim məsələlərlə bağlı
istənilən zaman müsahibə verməyə hazıram. Mobil nömrəm və ünvanım xaric
mənə aid bütün məlumatların dərc edilməsinə öz razılığımı bildirirəm.
İnanıram ki, bu məsələ ölkə gündəmində işıqlandırılacaq və Dövlət Təhlükəsizlik
Xidməti bu dövlətin milyonlarını oğurlayan Tahir Rzayevi həbs edəcəkdir.
Əlimdə olan bütün dəlil və sübutları təqdim edəcəyəm. Bir çox dövlət orqanlarına
göndərdiyim məktubları da əlavə edirəm lakin xahiş edirəm ki, məktublarımı
birbaşa saytda dərc etməyin, sadəcə lazım olan hissələrdən istifadə edin. Lakin aşağıda
yazmış olduqlarım saytlarda dərc olunmaq üçün yazılıb. Xahiş edirəm bu məsələnin
ictimailəşməsində mənə öz köməkliyinizi göstərin.
Saatlı Suvarma Sistemləri İdarəsi Saatlı rayonunda heç bir iş görmür. İdarənin
rəisi Tahir Rzayevin işi-gücü ancaq saxta Forma 2 yazmaqla dövlət əmlakını
mənimsəməkdən ibarətdir. Bu saxta Forma 2-lər necə yazılır və əldə olunan pullar
hara gedir? Deməli Saatlı Suvarma Sistemləri İdarəsinin balansında 1373,3 km
suvarma kanalı var. Son 10 ildə hansı kanalda qazıntı və lildən təmizlənmə işləri
gedib məlum deyil. Saatlı rayonunun ən vacib kanalı olan Sabir kanalının son 15 ildə
təmizləndiyini mən şəxsən görməmişəm. Bu kanalın illərdir təmizlənmədiyini və
dərinliyinin azaldığını əks etdirən foto və video çəkilşləri sizə göndərirəm. Saatlı
Suvarma Sistemləri İdarəsinin Melioservis idarəsinə verdiyi işlər əslində formal
xarakter daşıyır. Belə ki, rayonda iriqasiya işlərinin görülməsinin sifarişçisi olan
Saatlı Suvarma Sistemləri idarəsi podratçı olan Melioservis idarəsinin adına il boyu
saxta forma 2 yazdırır. Yəni idarə müdiri Tahir Rzayev sənəddə adı olan özü olmayan
işlərə görə il boyu podratçı olan Melioservis idarəsinə yüz min manatlarla vəsait
köçürür və sonradan həmin vəsait nəqdləşdirilərək bölüşdürülür. Bu hallar idarənin
tərkibində olan MMC-lər vasitəsi ilə də həyata keçirilir. Təsəvvür edirsinizmi indən
belə Mil-Muğan Meşə Meliorasiya İdarəsi və Melioservis idarəsi də gəlib birləşir
Tahir Rzayevin idarəsinə və yeyinti halları necə də artır. Bu qədər vaxtdır yığıb talan
etdiyi bəs deyilmi?
Xahiş edirəm bu rəsmə diqqətlə baxın. Sizcə Saatlı rayonunu suvarma suyu ilə
təchiz edən ən vacib kanal olan bu Sabir kanalı son 15 ildə təmizlənənə oxşayırmı?
Görüntülər bununla bitmir, gəlin digər foto şəkillərədə baxaq.
Bu şəkildə suyun dibində yığılan qum və lil topaları açıq aydın görsənir. Baxın
hələ bu rayon mərkəzindən keçən Sabir kanalının günüdür. Təsəvvür edin balansında
1373,3 km suvarma kanalı olan Saatlı Suvarma Sistemləri İdarəsi tək bu
kanalların təmizlənməsində görə Forma 2 yazmaqla büdcədən nə qədər vəsaitlər
mənimsəyib. Bütün bunları dəqiqləşdirmək üçün Meliorasiya və Su Təsərrüfatı ASCyə çoxsaylı şikayət məktubları yazmışam lakin faydas yoxdur. Bütün bu sübutları
onlara da təqdim etmişəm lakin göz yumulur ki, Saatlı SSİ-nin rəisi Tahir Rzayev
Dövlətimizin büdcəsindən milyonları yeməkdə davam etsin. Deyilənə görə Tahir
Rzayevin “arxasında duran” Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbər
şəxslərindən biridir və Tahir Rzayev nə qazansa onunla şərik olaraq bölür. Necə ola
bilər ki, mən bu idarədə olanları bilirəm lakin Meliorasiya və Su Təsərrüfatı ASC
bilmir?!
Meliorasiya və Su Təsərrüfatı ASC-nin həqiqətənmi xəbəri yoxdur ki, Saatlı
Suvarma Sistemləri idarəsi bax bu kanalların təmizlənməsi üçün Dövlətimizin
büdcəsindən yüz minlərlə manat mənimsəyib? Ola bilər xəbəri yox imiş lakin indi
mən xəbər vermişəm bəs indi haradadırlar? Bir məsələyə də diqqətinizi cəlb etmək
istəyirəm. Mənim ard-arda şikayət məktublarımdan sonra idarə rəisi Tahir Rzayev
guya qohumu olan Nəriman Ağayev adlı şəxslə planlaşdırıblar ki, bir neçə idarə
müdiri yığışıb mənim üzümə dursunlar ki, mən onları bezdirmişəm falan filan. Hətta
mənə rüşvət verdiklərini belə üzərimə şər atmaq istəyirdilər, təsəvvür edin özlərini
necə ifşa etmək istəyiblər lakin sonradan anlayıblar ki, rüşvəti verən də günahkardır.
Bu şəxslərdən nə desəz gözləmək olar, hətta mən həyatımın təhlükədə olmasını hiss
etdiyim üçün öncədən ərizə yazaraq 8 nəfər yaxın tanıdıqlarıma vermişəm ki, nə
vaxtsa Tahir Rzayevin adamları mənim üzərimə şər-böhtan atsalar özümü sığorta edə
bilim. Saatlının ən varlı adamlarından biri olan Tahir Rzayev düşünür ki, heç kim ona
heç nə edə bilməz və Dövlətdən oğurladığı milyonların üzəri heç zaman açılmayacaq.
Mən DTX başda olamqla bütün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və digər
hüquq-mühafizə orqanlarına öz müraciətlərimi etmişəm. Bu gün bu məsələ ilə bağlı
olaraq Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Üzrə
Komissiyasına müraciət etmişəm.
Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayevlə hazırda əlbir olaraq
məni şərlədərək həbs etdirmək istəyən, Saatlı Mənzil Kommunal Təsərrüfatı
İstehsalat Birliyində hüquqşünas işləyən Nəriman Ağayev əvvəllər mənimlə çox
yaxın idi və o zamanlar mənə Tahir Rzayevin qohumunun araz çayının kənarında
qum karieri olmasından və həmin karierdə Saatlı Suvarma Sistemləri İdarəsinin
texnikalarının işləməsindən söhbət açmışdır. Mən həmin əraziyə gedərək oradan foto
şəkillər çəkdim. Təsəvvür edin bu karierdən nə qədər vəsait əldə edilir və pullar
dolaysı yollarla Tahir Rzayevin cibinə axıb gəlib.
Bir tərəfdə Saatlı rayonunun ən vacib suvarma kanalı olan Sabir kanalı qum və lil
ilə dolub təmizləyən yoxdur digər tərəfdə isə texnikalar araz çayının kənarında
ekoloji tarazlığı pozmaqla və çayın bəndin dağıtmaqla dayanmadan gecə-gündüz qum
yığıb daşıyır.
Nəyə görə bu karieri gəlib araşdıran yoxdur ki, burada işləyən texnikalar kimin və
haranın texnikalarıdır? Nəyə görə araşdıran yoxdur ki, araz çayının hövzəsi niyə
dağıdılır? Sabah bunun cavabını kim verəcək? Maraqlanın görək Saatlı rayon
Bələdiyyəsi Şakir Həsənov bu karierdən mədən vergisi alırmı? Ümumiyyətlə
araşdırılası çox məsələlər var həm Saatlı Suvarma Sistemləri İdarəsi ilə bağlı həm də
Tahir Rzayevlə bağlı.
Məsələn başqa bir məsələyə toxunum. Saatlı Suvarma Sistemləri İdarəsinin
texnikaları cammatın həyətində niyə işləməlidir? Pulunu ver işini gördür, başa düşə
bilmirəm ki, bu texnikalar orda-burda işləməyə vaxt tapırsa niyə gedib Sabir kanalnı
qumdan və lildən təmizləmir?

Baxın məsələn bu texnikalar. 49AC113 və 49AB100. Hər ikisinin video görüntüləridə
var məndə. Nə gəzirlər camaatın həyətində torpaq yayırlar? Bu texnikalar dövlətindir yoxsa
Tahir Rzayevin şəxsi malı mülküdür? Belə baxıram ki, Tahir Rzayevin pulu o qədər çoxalıb
və arxasındakı adamına o qədər güvənir ki, heç nədən qorxmur. Deyir Saatlıda mənəm
Bağdadda da kor xəlifə...
Saatlı Suvarma Sistemləri İdarəsinin balansında 1808 ədəd kanal üzərində qurğu, 710 ədəd su
nizamlayıcı qurğu, 653 ədəd su ayrıcı nöqtələrdəki qurğu , 445 ədəd körpülər və keçidlər vardır.
Bilirsinizmi ki, bu qurğuların, körpülərin, keçidlərin təmir və bərpasına nə qədər büdcədən pul ayırıb
talan edirlər lakin iş görmürlər? Bunu araşdırmaq çoxda çətin olmasa gərək. Ekspertlər gəlsin təyin
etsin, sənədlərdə yazılan işlər həqiqətənmi olduğu kimi görülüb yoxsa kosmetik olaraq göz aldadıcı
işlər görülüb?
Məsələn bu su nizamlayıcı olan kanal üzərindəki qurğu tam olaraq Saatlı Suvarma Sistemləri
İdarəsinin həyətində yerləşir. Bu cür qurğuların sayı 710 ədəddir. Təsəvvür edin hər il bu cür
qurğuların təmir və bərpası adı altında nə qədər Dövlət vəsaiti məniməsənilir. Meliorasiya və Su
Təsərrüfatı ASC-dən tələb etmişəm ki, eksperlər cəlb olunsun bütün işlər araşdırılsın. Hələ ki
müraciətlərimə əhəmiyyət verən yoxdur.
Baxın bu da yuxarıdakı rəsmi olan qurğunun arxa tərəfi. Sol tərəfdəki deşiyə
diqqət edin, pas atmış dəmirə və ən əsası isə suda yığılan zibilliyə fikir verin.
Əslində bu cür qurğulara nəzarət edən işçilər var lakin adı işdə olub özü evdə ya da
rəhmətdə olan şəxslər ucbatından vəziyyət bu yerdədir. Deyilənə görə məsələn adı
işdə olub özü olmayanlardan biri də İsrafilov Bakir Şakir oğludur. Bütün bunların
araşdırlması üçün gərək idarəyə ciddi yoxlama gələ. Mən bunu çoxsaylı məktublarla
tələb etmişəm ki, gəlin yoxlayın Tahir Rzayev Dövlətin büdcəsindən milyonları
oğurlayır. Hələ ki gəlib yoxlayan yoxdur. Lakin DTX-ya və Azərbaycan Respublikasının
Korrupsiyaya Qarşı Mübarizə Üzrə Komissiyasına etdiyim müraciətdən sonra
inanıram ki, idarədə ciddi yoxlamalar başlanılacaq. Xəbər saytlarından xahişim
ondan ibarətdir ki, bu məsələni ictimailəşdirsinlər ki, bütün Azərbayan xalqı
və aidiyyatı dövlət qurumları bu məsələdən xəbər tutsun. Tahir Rzayev kimi
dövlətin milyonlarını oğurlayan məmurlar həbs edilməlidir. Bu şəxsin 65 yaşı var
doymur ki doymur və istəyir ki, DTX onu da aparsın İcra başçılarının yanına.

Məsələn bu da digər bir su nizamlayıcı qurğudur. Təsəvvür edin
ki, mən 2006-2007-ci illərdə bu qurğunu necə görmüşəmsə eyni
ilə elədir və heç bir dəyişiklik yoxdur. Sadəcə kraska vurulur.
Lakin bu yüzlərlə cür qurğuların təmiri və bərpası üçün nə qədər
vəsaitlər silinir onu bir Allah bilir bir də Tahir Rzayev.
Baxın bu da həmin qurğunun arxa tərəfi. Nə gözəl mənzərədir elə deyilmi?
Elə bil su yox balaxanı zibilliyidir.
Saatlı Suvarma Sistemləri İdarəsi 2020-ci ildə ümumi məbləği 667 min 644
manat olan 5 tender müsabiqəsi keçirib. Ən böyük tenderlərin qalibi “UZAY” MMC
olmuşdur (422 min 356 manat). Əgər ciddi olaraq yoxlama aparılarsa bu tender
“oyunu” nəticəsində idarə rəisi Tahir Rzayevin dövlət büdcəsinə nə qədər ziyan
vurduğunu aşkarlamaq olar.
Saatlı Suvarma Sistemləri İdarəsi tərəfindən Hüsü Hacıyev adına BəhrəmtəpəSabirabad su kanalında qanunvericiliyə uyğun qaydada tələb olunan layihə
sənədlərinin və dövlət ekoloji ekspertiza rəyinin olmadığı halda təmizlənmə işlərinin
aparılmasına görə Tahir Rzayev 582.000 manat məbləğində cərimə olunub. Həmin
qeyri qanuni təmizlənmə nəticəsində təbiətə ciddi ziyan dəymişdir. Hər şey əladır və
bəyənilsin. Demək ki, Dövlətimizin gözündən nəsə yayına bilməz, gec-tez həqiqət
aşikar olur. Lakin bir sual yaranır, Tahir Rzayev bu 582.000 manat pulu necə
ödəyəcək? Sağ olsun Dövlətimizin büdcəsi, talan edib ödəyər də.
İstənilən zaman hər hansısa xəbər portalına müsahibə verməyə hazıram. Əlaqə
nömrəm 0553939413 vatsap var. Səsli olaraq da müsahibə verə və sualları
cavablandıra bilərəm. Bu məsəni ölkə gündəminə gətirin ki, Tahir Rzayev kimi
məmurlar bilsin ki, Dövlətin milyonlarını oğurlamağın sonu dəmir barmaqlıqlar
arxasıdır. Tahir Rzayev DTX-nın qara maskalılar üçün darıxıb, xahiş edirəm xəbəri
paylaşın ki, qara maskalılar Tahir Rzayevin gözünü yolda qoymasın. Sağolun.
Saatlı Suvarma Sistemləri İdarəsi ilə əlaqı yaratmaq istəsəkdə, bu bizə müyəssır olmadı, sosial şəbəkələrdə onların səhifəsi olduunu aşkar etdik, lakin bu səhifədə artıq 2 ilə yaxındır təzələnmir. Yenədə qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
korrupsiyaya-qar-mubariz-uzr-komissiyasna.pdf [1,86 Mb] (İndirilme: 0)
Tarix: 13-10-2021, 08:11
Xəbəri paylaş





Xəbər lenti