Sahibkarlıq niyə bu gündədir: "Ayrı-seçkilik var.., maliyyə hesabatları saxtadır"

Sahibkarlıq niyə bu gündədir: "Ayrı-seçkilik var.., maliyyə hesabatları saxtadır"Mərkəzi Bank

“Azərbaycanda biznes üçün kredit şərtləri çox ağırdır. Azərbaycan banklarında kifayət qədər likvid vəsait var. Amma biznes üçün bankların kredit faizləri çox yüksəkdir. Xüsusilə, kiçik və orta biznesin bank kreditlərinə əlçatanlığı aşağıdır. Bundan əlavə, kreditlərin verilməsində girovla bağlı şərtlər çox ağırdır. Bu şərtləri yüngülləşdirmək lazımdır. Banklar girov arxasınca qaçmalı deyil, valideynlərdən qalan mirasa göz dikməli deyil, layihələrə maraq göstərməlidir, onlara dəstək verməlidirlər”.  Bu barədə KİV-ə açıqlamasında Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Cemal Yangın bildirib.

İqtisadçı-ekspert Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda kredit faizləri ona görə yüksəkdir ki, bankların pulu yoxdur.

“Banklar iki mənbədən maliyyələşir. Bunlar, əhalinin əmanətləri və Mərkəzi Bankın kreditləridir. Azərbaycanda əmanətlərin sığortalanma faizi 12 faizdir. Banklar da əmanətləri 10-12 faizlə qəbul edir. Bu, çox yüksək faizdir. Yəni 12 faizlə əmanət qəbul edən bank, əlbəttə ki, yüksək faizlə kredit verəcək. Bu məsələnin birinci tərəfidir. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, bizdə Mərkəzi Bank bütün banklara öz uçot dərəcəsi ilə kredit vermir. Yəni ayrıseçkilik edir. Bu da çox böyük problemdir. Uçot dərəcəsi, Mərkəzi Bankın banklara verdiyi faiz dərəcəsidir. Bu faiz dərəcəsi, bu dəqiqə 7,75 faizdir. Bu faiz dərəcəsi ilə Azərbaycan bankları kredit ala bilmir. Cəmi bir-iki banka verirlər. Təbii ki, bu da faizləri endirə bilmir. Çünki bankların ucuz pulu yoxdur” - deyən iqtisadçı bildirir ki, bu kreditlər bütün banklar bərbər şəkildə verilsəydi, təbii ki, faizlər aşağı düşərdi. Buna görə də, düşmür. Çünki cəmi bir neçə banka Mərkəzi Bankın ucuz kreditini alır. Həmin banklar da faiz dərəcəsini endirmir.
İqtisadçı qeyd edir ki, Azərbaycanda başqa səbəblər də var və bu səbəblər daha böyük səbəblərdir. Əkrəm Həsənovun sözlərinə görə, Türkiyədən fərqli olaarq, Azərbaycanda normal investisiya mühiti yoxdur. Məhkəmə-hüquq sistemi bərbaddır. Qanunçuluq yoxdur. Qanunun aliliyi prinsipinə riayət edilmir. Belə şəraitdə normal bazar iqtisadiyyatı şəraiti inkişaf edə bilmir.
  • Normal bazar iqtisadiyyatı harda fəaliyyət göstərə bilir?
Üç təməl prinsip – mülkiyyətin qorunması, müqavilələrin icrası, sağlam rəqabət, bunlarda Azərbaycanda heç biri yoxdur. Yəni mülkiyyəti qorunmur, kimin əmlakını əlindən almaq istəsən Azərbaycanda mümkündür. Digər tərəfdən isə, Azərbaycan müqavilələr icra olunmur. Məhkəməyə müraciət edirsən, məhkəmə istədiyini edir. Üçüncüsü də sağlam rəqabət yoxdur. Elə bankların da Mərkəzi bankdan kredit ala bilməməsi sağlam rəqabətin olmamaması deməkdir. Bütün bunları ədalətli məhkəmə müdafiə etməldir. Azərbaycanda da müstəqil, savadlı və ədalətli məhkəmə yoxdur. Bunu bilən banklar faizi qaldırırlar. Banklar bilir ki, onun verdiyi kreditlər, hətta girovla belə verdiyi kreditlər, xüsusən də sahibkarlara verdiyi kreditlər problemli kreditə çevrilsə, sahibkar da aldığı kreditin yarısını məhkəmələrə, hakimlərə, icra məmurlarına xərcləsə problemini həll edə biləcək. Ən azından vaxt qazanacaq. İllərlə bankı məhkəmədə süründürəcək. Banklar da bu riski gördükləri üçün faizi qaldırırlar.
Azərbaycanda kredit riskləri yüksəkdir. Ümumiyyətlə, risklər yüksəkdir. Azərbaycanda faiz dərəcələrinin yüksək olması, riskin yüksək olması ilə əlaqəlidir. Elə girov da ona görə lazımdır. Çünki bank bilir ki, verdiyi pul geri qayıtmaya bilər.
Əkrəm Həsənov qeyd edir ki, Azərbaycanda maliyyə şəffaflığı yoxdur. Girovsuz o zaman kredit vermək olar ki, bank bilsin ki, şirkətin, borc alanın hesabları şəffafdır, Azərbaycanda isə maliyyə hesabatları saxtadır. Hətta kənar auditorların verdiyi rəylərə də etibar yoxdur. O cümlədən, Azərbaycanda böyük dördlüyə daxil olan auditorların da rəyinə etibar yoxdur.
“Təbii ki, belə şəraitdə bankların riskləri yüksəkdir və səbəblər də bununla bağlıdır. Bu səbəbdən də Azərbaycanı Türkiyə ilə müqayisə etmək olmur. Buna görə də Türk qardaşlarımız belə təəcüblənirlər. Təəccübldür, əlbəttə. Çünki onlarda qanunçuluq var, bizdə isə yoxdur”,- deyə iqtisadçı bildirib.
Tarix: 14-06-2022, 15:54
Xəbəri paylaş





Xəbər lenti