Bu şirkət 7,8 milyonluq tender uddu


ğİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçirdiyi tender müsabiqəsinin qalibi "Zeytun Pharmaceuticals” MMC olub.
 
Siam.az Yeniavaz.com-a istinadla xəbər verir ki, Dövlət Agentliyi imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınmasına görə Zeytun Pharmaceuticals” MMC-yə 7 milyon 844 min 241 manat 16 qəpik ödəyəcək.
 
Nizamnamə kapitalı 2 min manat olan "Zeytun Pharmaceuticals” MMC-nin hüquqi ünvanı Nizami rayonu, Oqtar Vəliyev, ev 21C -də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.
Tarix: 9-08-2023, 12:09
Xəbəri paylaş





Xəbər lenti