Agentlik 7,8 milyonluq dərman sifarişini "Zeytun Pharmaceuticals"ə verdi

Agentlik 7,8 milyonluq dərman sifarişini "Zeytun Pharmaceuticals"ə verdi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün” dərman vasitələrinin satın alınması məqsədilə keçdirdiyi tenderə yekun vurub.

DİA.AZ xəbər verir ki, tenderin qalibi "Zeytun Pharmaceuticals" MMC (VÖEN: 1701688171) müəyyən edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qalib şirkətlə 7 844 241 manat məbləğində müqavilə imzalayıb.

Qeyd edək ki, "Zeytun Pharmaceuticals" MMC daha öncə də agentliyin daha öncə də 5 tenderinin qalibi olub.
Tarix: 11-08-2023, 08:02
Xəbəri paylaş





Xəbər lenti