Artım artımı necə "yeyir"? - HƏQİQƏTƏN DƏ...

Artım artımı necə "yeyir"? - HƏQİQƏTƏN DƏ...
Cari ilin ilk 6 ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,8 % artaraq 44 milyard 558,6 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin yanvar-iyun aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,5 % artaraq 921,9 manata çatıb.

Lakin sözügedən dövr ərzində istehlak qiymətləri indeksi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 112,2 % artıb.

Qeyd edək ki, Azərbaycan əhalisinin gəlirləri 14,8 % artsa da, ərzaq qiymətləri də 14,3 % bahalaşıb. Yəni vətəndaşlar maaş və pensiya artımlarını inflyasiyaya görə hiss edə bilmirlər.

Bahalaşma səngimədiyi üçün insanlarlar gəlir artımını fərq etmirlər.

Siam.az-ın məlumatına görə, Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli xatırladıb ki, ötən il obyektiv və subyektiv səbəblərə əsasən, dünyada böyük səviyyəli inflyasiya baş verib:

“Bu, Azərbaycana da təsirsiz ötüşməyib. Rəsmi göstəricilərə əsasən, ötən ilin inflyasiya göstəriciləri 17 faiz idi. Lakin real göstəricilərə əsasən, müxtəlif məhsullarda, əsasən də qida məhsulları üzrə 25-30 faizə yaxın bahaşama qeydə alınıb.

Bu ilin əvvəllində isə həm pensiyalar 15 faizə yaxın indeksiyasiya edildi, həm də minimum əməkhaqqı artırıldı. Buna baxmayaraq, ölkəmizdə yenə də inflyasiya davam etməkdədir. Hələlik inflyasiya ikirəqəmli həddədir.

Bu, əsasən də ərzaq məhsullarında özünü daha qabarıq şəkildə göstərir. Baxmayaraq ki, iyun-iyul aylarında mövsümi amillərlə əlaqədar müəyyən ərzaqların, əsasən də strateji ərzaqlarda qiymət endirimi müşahidə etdik. Ancaq bəzi məhsulların artıq mövsümü sona çatıb”.

Ekspert əlavə edib ki, dünyada da yenə strateji məhsulların qiymətində artım yaşanır:

“Ərzaq qiymətlərindəki bahalaşma ölkə daxilindəki maaş və pensiya artımının təsirlərini minimuma endirir.

Buna görə də insanlar maaş və təqaüdün artdığını hiss etmirlər. Çünki inflyasiya davam edir. Bu isə öz növbəsində vətəndaşların gəlirlərinə mənfi təsir göstərir.

Düşünürəm ki, ilin sonunadək büdcəyə yenidən baxıla bilər. Nəzərə almaq lazımdır ki, bu gün büdcəyə də 3 milyard manata yaxın əlavə vəsaitin toplanıb. Bu baxımdan, cari ilin sonuna qədər yenidən indeksiyasiya prosesini müşahidə edə bilərik”.
Tarix: 15-08-2023, 23:21
Xəbəri paylaş





Xəbər lenti