“Azərişıq” ASC-nin 27 milyon manatlıq tenderlərini bu şirkətlər uddu



“Azərişıq” ASC-nin keçirdirdiyi tender müsabiqələrinin qalibləri məlum olub.
 
Yeniavaz.com xəbər verir ki, tender müsabiqələrinin qalibləri – “Smart Energy Services” MMC və “Enerji Construction” QSC olub.
 
“Azərişıq” ASC Mingəçevir şəhəri ərazisində yerləşən mövcud 35/6 kV-luq 2x10 MVA gücündə "Karxana" yarımstansiyasının 110/35/6 kV-luq 2x40 MVA gücündə yenidənqurulması və 110 kV-luq şəbəkə ilə əlaqələndirilməsi işlərinin satın alınmasına görə “Smart Energy Services” MMC-yə 14 milyon 987 min 836 manat 45 qəpik ödəyəcək.
 
“Enerji Construction” QSC-yə isə Tovuz rayonu, ərazisində 110/35/10 Kv "Tovuz Şəhər" yarımstansiyasının 2x25 MVA gücündə yenidənqurulması, giriş-çıxış xətlərinin köçürülməsi işlərinin satın alınmasına görə 12 milyon 331 min 466 manat 47 qəpik ödəyəcək.
Tarix: 17-08-2023, 09:41
Xəbəri paylaş





Xəbər lenti