İcra Başçısı Malik İsaqovdan yaşıllaşdırma işləri - Ötən il də eyni işə görə tender elan etmişdi

Qubadlı Rayon İcra Hakimiyyətinin  yaşıllaşdırma işləri ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
SİAM.AZ bildirir ki, 32gun.az-ın məlumatına görə, tenderin qalibi "DİRÇƏLİŞ 14" MMC olub. Tərəflər arasında 138.375,06 AZN-lik müqavilə imzalanıb. 
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi ELÇİN VƏLİYEV MƏHƏMMƏD OĞLUdur. 
Xatırladaq ki, Qubadlı Rayon İcra Hakimiyyəti 11.11.2022-ci ildə də  yaşıllaşdırma işləri ilə bağlı tender elan etmişdi.  "R-İNŞAAT GROUP" MMC ilə icra orqanı arasında 80.281,3 AZN-lik müqavilə imzalanmışdı.
Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqovdur. 
Tarix: 19-08-2023, 11:43
Xəbəri paylaş





Xəbər lenti