FHN Kəmaləddin Heydərovun öz şirkəti ilə 376 min manatlıq müqavilə imzalayacaq

FHN Kəmaləddin Heydərovun öz şirkəti ilə 376 min manatlıq müqavilə imzalayacaq
Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin "Əsas fond hesab edilməyən aktivlər" və "Müxtəlif növ hesablama cihaz və avadanlıqları" ilə bağlı elan etdiyi tenderlər başa çatıb.

Siam.az 32gun.az-a istinadən məlumatına verir ki, hər iki tenderin qalibi "QAFQAZNET" MMC olub.

Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi qalib şirkətlə müvafiq olaraq maliyyə dəyəri 85.498,79 AZN və 290.658,25 AZN təşkil edən iki satınalama müqaviləsi (ümumilikdə 376 min 157 manat) bağlayacaq.

Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan "QAFQAZNET" MMC-nin qanuni təmsilçi ADİL CƏFƏROV ƏLƏDDİN OĞLUdur.

Mətbuatda gedən məlumatlara görə, "QAFQAZNET" MMC Azərbaycan Respublikasının I fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun biznes imperiyasına daxildir.
Tarix: 31-08-2023, 08:36
Xəbəri paylaş





Xəbər lenti