“Azərsu”nun 15,7 milyonluq tenderini iki şirkət uddu


“Azərsu” ASC-nin keçirdiyi tender müsabiqəsinin qalibi “Protean Construction” ASC və “Hovers Group” MMC birgə müəssisəsi olub.
SİAM.AZ Yeniavaz.com-aistinadla
xəbər verir ki, “Azərsu” ASC Neftçala rayonunun 11 və Salyan rayonunun 6 yaşayış məntəqəsinin içməli su təchizatının yaxşılaşdırılması işlərinin satın alınmasına görə “Protean Construction” ASC və “Hovers Group” MMC birgə müəssisəsinə 15 milyon 720 min 540 manat 59 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 160 min 672 manat olan “Protean Construction” ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov, ev 236-da yerləşir. ASC-nin qanuni təmsilçisi Təhməzov Məhəmməd Ağca oğludur.
Hovers Group” MMC-nin isə nizamnamə kapitalı 345 min 720 manatdır. MMC-nin hüquqi ünvanı Bakı Şəhəri, Nəsimi rayonu, Abbas Səhhət, ev 73-də yerləşir. MMC-nin qanuni təmsilçisi Zeynalov İlqar Adgözəl oğludur.
Tarix: 31-08-2023, 22:55
Xəbəri paylaş





Xəbər lenti