Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin tenderi - LƏĞV OLUNDU

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin tenderi
Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin "Nasos stansiya üzrə sazlama və təmir işləri" tenderi ləğv olunub.

Siam.az FED.az-a istinadla xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır (Müsabiqəyə təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması).

Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.
Tarix: 4-09-2023, 10:35
Xəbəri paylaş





Xəbər lenti