“Azəristiliktəchizat”da 108 milyondan çox YIĞILMIŞ ZƏRƏR



“Azəristiliktəchizat” ASC-nin yığılmış zərəri ötən ilin yekununda 108,416 mln manata çatıb.
“Ölkə.Az”ın məlumatına görə, bu, 2021-ci ilin yükunu ilə müqayisədə 8,29 mln manat və ya 8,3% çoxdur. Ötən il dövlət tərəfindən quruma kapital qoyuluşu illik müqayisədə 0,4% artırılaraq 55,609 mln manat olub.
Nizamnamə kapitalı 136,685 mln manat olan “Azəristiliktəchizat” ASC-nin cəmi kapitalı 2021-ci ilin yekunu ilə müqayisədə 8,8% azalaraq ötən ilin sonunda 83,878 mln manata enib.
Qurumun cəmi aktivləri 2% azalaraq 151,863 mln manata, cəmi öhdəlikləri isə 20% artaraq 67,984 mln manat olub.
Tarix: 13-09-2023, 09:45
Xəbəri paylaş





Xəbər lenti