Bahalı neft inkişaf etməkdə olan iqtisadiyyatlar üçün təhlükəyə çevrilib


Neftin qiymətinin bir barel üçün 100 dollara yüksəlməsi inkişaf etməkdə olan ölkələrin inflyasiyanı yavaşlatmaq və faiz dərəcələrini aşağı salmaq ümidlərini puça çıxara bilər.

SİAM.AZ
Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə "Bloomberg"ə müsahibə verən ekspertlər danışıb.

Analitiklərin fikrincə, bu, həmin ölkələrin aktivlərinin çökməsi ilə nəticələnir. "GlobalData TS Lombard"ın İnkişaf etməkdə olan Bazarlar üçün Makro Strategiya üzrə İdarəedici Direktoru Con Harrison əmindir ki, inkişaf etməkdə olan iqtisadiyyatlarda inflyasiyanın yavaşlaması tendensiyası neft qiymətlərinin artması səbəbindən artıq pozulub.
"Tellimer" strateqi Hasnain Malik deyir ki, karbohidrogen idxalından asılı olan iqtisadiyyatlar pis vəziyyətdə olacaq. Onların arasında Hindistan, Filippin və Pakistan da var. Bahalı neft bu ölkələrdə inflyasiya və büdcə kəsirlərini artıracaq. Bu, onların valyutalarının zəifləməsinə və istiqraz gəlirlərinin artmasına səbəb olacaq.

"Nomura" analitikləri hesab edirlər ki, Hindistan neft qiymətlərinin sıçrayışının mənfi təsirinə ən çox həssasdır. Bu, inkişaf etməkdə olan ölkələrin tənzimləyicilərini pul siyasətinin yumşaldılmasını gecikdirməyə məcbur edə bilər. Bu da öz növbəsində bir sıra ölkələrdə ÜDM artımının ləngiməsinə səbəb ola bilər ki, son nəticədə qlobal iqtisadiyyata mənfi təsir göstərəcək.

Tarix: 24-09-2023, 22:59
Xəbəri paylaş





Xəbər lenti