DOST Agentliyi 4,5 milyon manatlıq lisenziya alır – Tender


Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) keçirdiyi tender müsabiqəsinin qalibi “B2B Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Yeniavaz.com
xəbər verir ki, DOST Agentliyi tərəfindən lisenziyaların satın alınmasına görə “B2B Group” MMC-yə 4 milyon 440 min 163 manat 62 qəpik ödəyəcək.
Nizamnamə kapitalı 10 manat olan “B2B Group” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Qəzənfər Musabəyov (Rəsulzadə qəsəbəsi), ev 91 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur.

Tarix: 27-09-2023, 12:49
Xəbəri paylaş





Xəbər lenti