ARDNŞ-nin "Kompleks qazma işləri" tresti cərimələnə bilər


ARDNŞ-nin "Kompleks qazma işləri" trestinə inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi idarə barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
 
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq.
Tarix: 29-09-2023, 12:17
Xəbəri paylaş





Xəbər lenti