"Körpü-bina-tikinti"yə niyə cərimə yazılıb?


"Körpü-bina-tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
 
İş İsmayıllı Rayon Məhkəməsinin hakimi İlqar Hüseynovun icraatındadır. Məhkəmə iclası oktyabrın 23-də keçiriləcək.
Tarix: 11-10-2023, 12:14
Xəbəri paylaş





Xəbər lenti