Bataqlığa çevrilən qızıl bazarı: - Zərgərlər bir-birini “ayağa vermir”, Əyar Palatası bərpa olunur

Bataqlığa çevrilən qızıl bazarı:
Qızıl və zinət əşları bazarında son zamanlar spikulyasiya halları müşahidə olunur.

Qızılı alıb əridir, sonra isə içinə mis qatırlar. Elə hal olur ki, başqa metallardan istifadə edilir. Son dövrdə birjada qızılın qiymətinin artması dələduzluq hallarının da artmasına səbəb olur. Evlənən çütlüklərin artması da qızıla tələbatın armasında rol oynayır.

Siam.az-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında “Azad istehlakçılar” İB-nin sədri Eyyub Hüseynov bildirib ki, uzun müddət Azərbaycanda Əyar Palatası fəaliyyət göstərib:

"Artıq 5 ildən çoxdur ki, o palata bağlanıb. İstehlakçılar bizə müraciət edəndə bildirirdik ki, qızılın üzərində əyar damğası olduğu zaman yoxlanılması mümkündür. Lakin 5 ildən çoxdur ki, heç bir yoxlanılma aparılmır. Qızıl bazarı tamamilə nəzarətsiz durumdadır. Ustəlik Nazirlər Kabinetinin 114 saylı qərarına əsasən, qızıl və qızıl məmulatları geri qaytarılmayan dəyişdirilməyən mallar siyahısındadır. Lakin qanunvericiliyə görə, qızıl məhsulu aldınsa, xoşuna gəlmədisə nə qaytara, nə də dəyişdirə bilərsən. Bu qanun istehlakçıların ziyanınadır”.

Həmsöhbətimiz əlavə edib ki, vəziyyətdən istifadə edərək ölkəyə xaricdən saxta qızıllar gətirilir:

“Qızıl bazarı həddindən artıq korlanmış bir bataqlıqdır. Hər çür dələduzluqdan istifadə edilir. Nadir hallarda dürüst zərgərlər tapmaq olur. Çoxluqda götürsək, zərgərlər qızıla qatqılar qatır və dələduzluq edirlər".

Məsələnin həlli ilə bağlı ekspert Standartlaşdırma İnstitunun direktoru ilə görüşüb:

"Bu məsələni onunla müzakirə etdim. Cavab olaraq mənə bildirdi ki, ölkədə bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün işlər görülür. Yenidən Əyar Palatası kimi qurumun yaradılması gözlənilir”.

Həmsöhbətimiz bildirib ki, ölkədə saxta qızılları azaltmaq üçün etibarlı, barmağla sayılacaq qədər olan zərgərləri bir araya toplayıb:

“Lakin onlar heç bir praktiki iş görmək istəmirlər. Səbəb olaraq isə bildirirlər ki, bir-birimizi tanıyırıq, bir- birimizin işinə qarışa bilmərik. İstehlakçıları aldadanlara qarşı ən radikal üsullarla tədbirlər görülməlidir. Bu işin də ən şəffaf qurumlardan biri olan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilməsini təklif edirəm".
Tarix: 11-10-2023, 22:12
Xəbəri paylaş





Xəbər lenti