Deputatın qardaşına məxsus olduğu bildirilən şirkətə protokol yazıldı


Deputat İqbal Məmmədovun qardaşı Çingiz Məmmədova məxsus olduğu bildirilən “Lerik broyler” Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
 
İş Masallı Rayon Məhkəməsinin hakimi Habil Bəhmənovun sədrliyi ilə araşdırılacaq.
Tarix: 18-10-2023, 09:08
Xəbəri paylaş





Xəbər lenti