Şirkətlər "Paşa Bank"dan 570 milyon manat geri götürüblər - NƏ BAŞ VERİR?

Şirkətlər "Paşa Bank"dan 570 milyon manat geri götürüblər
Cari ilin üçüncü rübündə "Paşa Bank" ASC-nin depzoit portfeli 6 milyard 593 milyon 23 min manat təşkil edib.

DİA.AZ-ın məlumatına görə, FED.az bankın hesabatına istinadən xəbər verir ki, banka qoyulmuş ümumi əmanətlərin həcmi ötən doqquz ay ərzində 411 milyon 296 min manat və ya 5,9% azalıb.
Xatırladaq ki, bank ötən ilin son rübündə 7 milyard 4 milyon 319 min manat depozit portfelinə malik idi.
Depozit portfeinin 1 milyard 725 milyon 534 min manatını fiziki şəxslərin, 4 milyard 867 milyon 489 min manatını hüquqi şəxslərin depozitləri təşkil edib.
Fiziki şəxslərin əmanətləri 2022-ci ilin sonu ilə müqayisədə 156 milyon 830 min manat (10%) artıb, lakin hüquqi şəxslərin depozitləri 568 milyon 126 min manat (10,5%) azalıb.

Tarix: 23-10-2023, 11:26
Xəbəri paylaş





Xəbər lenti