Bakı İcra Hakimiyyətinin əsas tenderlərinin “qalibi” olmuş şirkətin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - 4milyon manatdan çox


Bir müddət əvvəl "tenderlər kralı" kimi nam salan “Star Construktion-12” QSC-nin dövlətə külli miqdarda vergi borcu olduğu üzə çıxıb. 
32gun.az-ın əldə etdiyi məlumta görə, şirkətin hazırda 4 milyon 239 min 661 manat 49 qəpik vergi borcu mövcuddur. 
Nizamnamə kapitalı 2050 AZN olan “Star Construktion-12” QSC-nin qanuni təmsilçisi MİRSAHİB BAYRAMOV ATAMALI OĞLUdur. 
Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossüsi, ev 53-dür. 
Şirkətin adı bir müddət əvvələ kimi, Bakı şəhərinə məxsus milyonluq əsas tenderlərində qalib kimi çəkilib.
Xatırladaq ki,  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı 2018-ci ildən Eldar Əziz oğlu Əzizovdur. 
Tarix: 23-10-2023, 22:37
Xəbəri paylaş





Xəbər lenti