"Dokta" da cərimələnə bilər


"Dokta" MMC-yə inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
 
İş Mingəçevir Şəhər Məhkəməsinin hakimi Elza Cəbrayılzadənin sədrliyi ilə araşdırılacaq.
Tarix: 25-10-2023, 10:27
Xəbəri paylaş





Xəbər lenti