Azesteel-in satışları 10 dəfə aşağı düşdü - BÖYÜK ZƏRƏR AÇIQLADI

Azesteel-in satışları 10 dəfə aşağı düşdü
“AzeSteel Company” QSC cari ilin I yarımilinin hesabatını açıqlayıb.

DİA.AZ FED.az-a istinadla xəbər verir ki, şirkət ilk yarım ildə 1 milyon 511 min manata yaxın zərər edib. Lakin ötən ilin eyni dövrünü 437,2 min manat mənfəətlə başa vurmuşdu.
Şirkətin satış gəlirləri 571 min manat olub. Satış gəlirləri illik müqayisədə 10 dəfəyə yaxın azalıb.
Satışdan kənar gəlirlər isə 2,3 min manat olub. Bu göstərici də ötən il 482,1 min manat olub.
Hesabat dövründə şirkətin işçi heyəti ilə bağlı xərcləri 868,5 min manat, digər xərcləri 807,6 min manat, faiz xərcləri 408,1 min manat olub.
“AzeSteel” Company” QSC-nin aktivləri ilk yarımildə 21,2 milyon manat olub. Akitvlər illik müqayisədə 4,7 milyon manata yaxın (28,3%) artıb.
Şirkətin öhdəlikləri isə təxminən 2 dəfə artaraq 14,2 milyon manata yüksəlib.
Hesabat dövründə kapital 6 milyon 986 min manata yaxın olub ki, bu da son bir ildə 2 milyon 408 min manat, yəni 25,6% azalma deməkdir.
Şirkətin 2023-cü ilin ilk yarım ilində 3 milyon 869 min manatlıq yığılmış zərərləri olub. Halbuki, keçən ilin eyni dövründə 408,3 min manatlıq bölüşdürülməmiş mənfəətə malik idi.

Azesteel-in satışları 10 dəfə aşağı düşdü
Azesteel-in satışları 10 dəfə aşağı düşdü

Tarix: 3-11-2023, 10:49
Xəbəri paylaş





Xəbər lenti