1000 manat gəlirə görə 50 manat ödəyən mikrosahibkar yanvardan 200 manat ödəməli olacaq

Hökumət 2 il əvvəl kiçik dövriyyəli mikrosahibkarlıq subyektlərini 2%-lik (Bakıda 4%) sadələşdirilmiş vergidən məhrum edib 5%-lik güzəştli gəlir vergisinə keçirmişdi. İndi bu güzəştu də onların əlindən alıb 20%-lik gəlir vergisinə keçirməyə hazırlaşır.
 
Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Rövşən Ağayev bildirib.
 
"Yəni bu gün 1000 manat gəlirə görə 50 manat ödəyən mikrosahibkar yanvardan 200 manat ödəməli olacaq. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdən görünən budur", - o qeyd edib.
Tarix: 3-11-2023, 10:53
Xəbəri paylaş





Xəbər lenti