“Azərsu” dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı yarım milyon manatlıq məsləhət xidmətləri aldı


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ““BM Morrison Partners” MMC ilə müqavilə bağlayıb.
Siam.az Banker.az- a istinadla xəbər verir ki, müqavilədə “Dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı məsləhətçi idarə edilməsi” predmeti üzrə hüquq məsləhəti xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 529.400 AZN-dir.
Xatırladaq ki, BM Morrison Partners (BM) Azərbaycanda yaradılmış ilk özəl hüquq firmasıdır.
Tarix: 6-11-2023, 12:13
Xəbəri paylaş





Xəbər lenti