Samir Şərifov: “Azərbaycanda qazın qiyməti o qədər də yüksək deyil”


Azərbaycanda istehlakçılara satılan təbii qazın pərakəndə qiyməti o qədər də yüksək deyil.
SİAM.AZ xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib deputat Ramil Həsənin əhali qrupu üçün qaz limitinin ləğvi və yeni yanaşmanın tətbiqi ilə bağlı təklifinə cavab olaraq deyib.
Onun sözlərinə görə, qaz limiti kifayət qədər mürəkkəb məsələdir: “Sosial həssas əhali üçün müəyyən qədər qaz limiti qoyulub. Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur. Limitdən yuxarı hissə isə bahadır”.
Nazir qeyd edib ki, bu, o qədər də sadə məsələ deyil: “Biz bunu açıq etiraf etməliyik”.
Tarix: 6-11-2023, 22:26
Xəbəri paylaş





Xəbər lenti