“Azərbaycan Dəmir Yolları” QSC-də ŞOK MAXİNASİYA



Son günlər “Azərbaycan Dəmir Yolları” QSC-də maliyyə maxinasiyaları ilə bağlı məlumatlar səngimək bilmir. Bununla bağlı DOSYE.ORG-a məlumat verən mənbə bildirir ki, “Azərbaycan Dəmir Yolları” QSC-də çox ciddi problemlər var.
Belə ki, adı hallanan qurumda 1 milyon 67 min manata 240 ədəd “Notebook” alınıb. Deməli, orta hesabla bir “Notebook” 4445 manat başa gəlib. Bundan sonra həmən notebooklara office və windows lisenziyası üçün güya 1 milyon 731 manat ödənilib. Yəni, 1 notbooka lisenziyası üçün 7212 manat xərclənib.
Beləliklə, “Azərbaycan Dəmir Yolları” QSC-də bir “Notbook” istifadəsi 12000(on iki min) manata hesablandığı məlum oldu. Görünür, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmovun iştahası heç də aşağı deyil. Əgər, doğrudanda sədr göstərilən olaylardan məlumatsızdırsa, büyürsün Baş Prokurorluğa rəsmi müraciət etsin. Yox, əgər təklifimizi qəbul etmirsə deməli, “torbada pişik var”…
QSC-dəki maliyyə maxinasiyalarına, korrupsiya hallarına son qoymaq istiqamətində də bəzi addımlar atılmalı, əli olan vəzifəli şəxsləri işdən kənarlaşdırılmalı, eyni zamanda barələrində lazımı qurumlara müracət olunmalıdır.
Lakin onu qeyd edə bilərik ki, baş verən maxinasiya sözün həqiqi mənasında böyük korrupsiya faktıdır. Biz media olaraq məlumatı ictimailəşdirdik. İnanırıq ki, səlahiyyətli orqanlar məsələni kökündən araşdıracaq. Bizim araşdırmalarımız davam edir…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
DOSYE.ORG
Tarix: 7-11-2023, 13:47
Xəbəri paylaş





Xəbər lenti