Sabiq deputatın oğlunun şirkəti məhkəməyə verildi - Borcu da üzə çıxdı (FOTO)



"Sabah Residence" Mənzil-Tikinti Kooperativi məhkəməyə verilib. 
Valyuta.az-ın məlumatına görə, şirkəti məhkəməyə verən tərəf isə Hüseynova Solmaz Şirnalı qızıdır. 
S.Hüseynova şirkət rəhbərliyi barəsində məhkəmədə “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi və mənəvi ziyanın ödənilməsi” iddiasını qaldırıb. 
İşə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq. 
Qeyd edək ki, qanuni təmsilçisi Abil Səfərov Səməd oğlu olan şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 53187.05 manat vergi borcu var. 

Şirkətin təsisçisi "Qala Group” MMC-dir. Abil Səfərov bu şirkətdə direktor vəzifəsində çalışır. Eyni zamanda şirkətin qanuni təmsilçisidir.
"Qala Group”un təsisçisi və müşahidə şurasının sədri isə Orxan Mustafayevdir. O, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun keçmiş direktoru, mərhum professor Rövşən Mustafayevlə IV çağırış Milli Məclisin deputatı olmuş Aytən Mustafayevanın oğludur. 
"Qala Group” MMC və "Sabah Recidense” MMC "İdeal Concept Group” şirkətinə daxildir. Orxan Mustafayev bu şirkətin prezidentidir.

Vüqar
Tarix: 7-11-2023, 21:15
Xəbəri paylaş





Xəbər lenti