“Azza” 2000 manat cərimələnə bilər


“Azza Distribution” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində inzibati iş başlanıb. 
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) maddəsi ilə ittiham edilir. 
İş baxılması üçün Nəsimi Rayona Məhkəməsinə göndərilib. Anar İbadzadə iş üzrə hakim təyin edilib.
548.2-ci maddəyə görə vəzifəli şəxslər 500 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.
“Azza Distribution” QSC əsasən şirniyyat və spirtli içki satışını həyata keçirir. 
Tarix: 7-11-2023, 21:45
Xəbəri paylaş





Xəbər lenti