Səhiyyə Nazirliyi “Medoks”u yoxladı – 6 min cərimələndi


Nərimanov rayonu Hacı Murad 1/14 ünvanında yerləşən "Medoks Hiperbarik O₂ Müalicə” Mərkəzində yoxlama aparılıb. 

Qaynarinfo-nun məlumatına görə, yoxlama Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilib. 

Aparılan yoxlama zamanı klinikada həkim və tibb bacılarının xüsusi sertifikatı olmadan fəaliyyət göstərməsi məlum olub.
Klinika rəhbərliyi tibb bacısı kimi qeydiyyata aldığı şəxslərin tibb fəaliyyəti ilə yox, texniki işlərlə məşğul olduğunu desə də Ekspertiza Mərkəzinin əməkdaşları sözügedən heyətin tibbi xidmət sertifikasiyasını tələb ediblər. 

Buna görə də klinika İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində protokol tərtib edilib. 

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə, "Medoks Hiperbarik O₂ Müalicə” Klinikasınnı rəhbərliyi 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 manat məbləğində cərimə edilib. Klinika rəhbərliyi qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayyət ünvanlasalar da verilmiş şikayət təmin edilməyib. 

Tarix: 8-11-2023, 22:10
Xəbəri paylaş





Xəbər lenti