Dövlət qurumu 4,7 milyon dəyərində avadanlıqlar aldı – TENDER NƏTİCƏSİ

Dövlət qurumu 4,7 milyon dəyərində avadanlıqlar aldı
Gənclər və İdman Nazirliyi “Gənclər və İdman Nazirliyinin bəzi tabeli qurumları üçün avadanlıqların (havalandırma, soyutma, isitmə, nəmalma) satın alınması” tenderinin nəticələrini elan edib.

Tenderin qalibi “Klimatex” MMC olub.

Şirkətlə 4 741 216 manat məbləğində müqavilə imzalanıb.

Bu müqaviləyə əsasən 20 ədəd kondisioner qurğusu (Rooftop - Heat pump), 12 ədəd kondisioner qurğusu (Rooftop - Təbii qaz odluqla), 4 ədəd kondisioner qurğusu (Rooftop - Sulu isitmə ilə), 6 ədəd hovuz nəmalma qurğusu, 10 ədəd hava sorucu qurğu, 53 ədəd divar tipli yoğuşmalı su qızdırıcı qazan, 4 ədəd yer tipli su qızdırıcı qazan və 10 ədəd odluq (Oransal) satın alınacaq.

Mənbə: DİA.AZ (Ərsoyun Bloqu)
Tarix: 13-11-2023, 08:14
Xəbəri paylaş





Xəbər lenti