"Bərpa-tikinti"yə protokol yazıldı


"Bərpa-tikinti" MMC-yə inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
 
İş Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanovanın icraatındadır. Məhkəmə iclası noyabrın 20-də keçiriləcək.
Tarix: 13-11-2023, 12:13
Xəbəri paylaş





Xəbər lenti