“Real Tibb Mərkəzi” qayda pozuntuna görə – CƏRİMƏLƏNƏ BİLƏR


“Real Tibb Mərkəzi” MMC-yə əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
Siam.az FED.az-a istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə görə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
İşə Sumqayıt Şəhər Məhkəməsində hakim Samir İsmayılov təyin edilib.
Tarix: 13-11-2023, 21:30
Xəbəri paylaş





Xəbər lenti