Abdulbari Gozalın rəhbərlik etdiyi holdinqə daxil olan şirkəti cərimə gözləyir


“Bakı Qida və Yağ Fabriki” MMC-yə inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
 
İş Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatındadır.
 
Qeyd: Fabrik tanınmış iş adamı Abdulbari Gozalın rəhbərlik etdiyi "Azərsun Holdinq"ə daxildir.
Tarix: 23-11-2023, 15:27
Xəbəri paylaş





Xəbər lenti