İcra Başçısı Sevindik Hətəmov bu şirkətə 108 min manat köçürə bilər


Salyan Rayon İcra Hakimiyyətinin "Salyan şəhərində çoxmənzilli kommunal binaların əsaslı təmiri işləri" ilə bağlı elan etdiyi tender başa çatıb.
32gun.az xəbər verir ki, tenderin qalibi "AVTOYOLTIKINTISERVIS" MMC olub.
Tərəflər arasında 108.426,75 AZN-lik müqaviləyə imza atılacaq.
Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan qalib şirkətin qanuni təmsilçisi Ramin Məmmədov Adil oğludur.
Xatırladaq ki, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovdur. 
Tarix: 24-11-2023, 22:31
Xəbəri paylaş





Xəbər lenti